İranla Azərbaycan arasında dəmiryolu ilə yükdaşımalar artıb

admin
İranla Azərbaycan arasında dəmiryolu ilə yükdaşımalar artıb

Cari İran ilinin 11 ayı (21 mart 2023 -19 fevral 2024) ərzində İranla Azərbaycan arasında Astara dəmiryolu vasitəsi ilə yükdaşıma ötən ilin analoji dövrü ilə müqayisədə 28% artıb.

"Operativ Medianın" məlumatına görə, bunu İranın Şimal Dəmiryol İdarəsinin baş direktoru Qulamhüseyn Vələdi deyib.

Q.Vələdinin sözlərinə görə, 11 ayda Astara dəmiryolu vasitəsi ilə İran və Azərbaycan arasında təxminən 645 min ton yük daşınıb. Ötən ilin analoji dövründə isə iki ölkə arasında Astara dəmiryolu vasitəsi ilə təxminən 502 min ton yük daşınıb.

Vələdi əlavə edib ki, 11 ayda Astara dəmiryolu vasitəsi ilə ölkəyə 206 min (206 379) tondan çox yük ölkəyə idxal olunub. Bu isə ötən ilin analoji dövrü ilə (130 307) müqayisədə 58% çoxdur. İdxal olunan məhsulları əsasən taxıl, pambıq və sairə təşkil edib.

Digər xəbərlər