http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

27 Fevral 2024 , 15:06
Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 296,8 milyon manat təşkil edib.

"Operativ Media" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 7,5 % çoxdur.

Bankların aktivlərinin 22 milyard 199,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,4 %-dən 45 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,3 % artaraq 43 milyard 144,4 milyon manata, o cümlədən depozit portfeli 6,1 % artaraq 34 milyard 995,4 milyon manata çatıb. Bunun 12 milyard 831,2 milyon manatı fiziki, 22 milyard 164,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 4,1 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 4,6 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,7 % artaraq 6 milyard 152,4 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu