http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

BP-nin vitse-prezidenti Bakıda bir sıra görüşlər keçirəcək

27 Fevral 2024 , 15:50
BP-nin vitse-prezidenti Bakıda bir sıra görüşlər keçirəcək

BP şirkətinin strategiya, davamlılıq və müəssisələr üzrə vitse-prezidenti Culia Kerkia 27 fevral tarixindən başlayaraq Bakıda 3-günlük planlaşdırılmış işgüzar səfərdədir.

BP-dən “Operativ Media”ya verilən məlumata görə, səfər zamanı xanım Kerkia şirkətin regiondakı işçi heyəti ilə görüşəcək, həmçinin bp-nin regional rəhbərliyi ilə şirkətin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyəti, əməyin təhlükəsizliyi, iş icrası, strategiya və enerji keçidi ilə bağlı məsələləri müzakirə edəcək.

Xanım Kerkia həmçinin bp-nin əməliyyatçısı olduğu və 2020-ci ildən başlayaraq Avropa bazarlarını təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edən Şahdəniz Bravo platformasına səfər edəcək.

Səfər proqramı çərçivəsində xanım Kerkia Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazov, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf ilə görüşəcək. Bu görüşlərdə bp-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və bp-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu