http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İZİA Müşahidə Şurasının növbəti iclası keçirilib

28 Fevral 2024 , 16:09
İZİA Müşahidə Şurasının növbəti iclası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda sənaye zonalarında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.

Tədbirdə 2024-cü ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, o cümlədən, sənaye zonalarının genişləndirilməsi, klasterləşmə, investisiyaların, “yaşıl” texnologiyanın təşviqi, bərpa olunan enerji təchizatının artırılması məsələləri müzakirə edilib. İclasda insan kapitalının inkişafının önəmi vuğulanıb, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzinin fəaliyyəti və yeni iş yerlərinin yaradılması barədə fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin İZİA-nın fəaliyyəti ilə bağlı digər məsələlərə baxılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
Menyu