İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkətinin nümayəndə heyəti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
"Görüşdə Azərbaycanla potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq", - nazir qeyd edib.






