http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakı Limanı Almaniya şirkətləri ilə investisiya layihələrini müzakirə edib

28 Fevral 2024 , 19:11
Bakı Limanı Almaniya şirkətləri ilə investisiya layihələrini müzakirə edib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Almaniyanın 10 şirkəti arasında potensial investisiya və əməkdaşlıq imkanları müzakirə olunub.

"Operativ Media" bu barədə Bakı Limanına istinadən xəbər verir.

Məlumata görə, Almaniyanın Şərqi Biznes Assosasiyasının təşkilatçılığı ilə "Knauf lnternational", "Falk Beratung", "VNG", "Edison Technologies", "Rhenus", "Gerber Architekten", "HHLA lnternational", "ATLAS International", "Kranich Design" ve "Marburger Tapatenfabrik” kimi şirkətlərin nümayənələri ilə Bakı Limanında görüş keçirilib. Görüşdə Almaniya Şərqi Biznes Assosiasiyasının İcraçı direktoru Maykl Harmsın rəhbərlik edib.

Görüş zamanı, həmçinin Bakı Limanının tarixi, infrastruktur layihələri, Orta Dəhlizin inkişafındakı rolu müzakirə olunub.

Sonra qonaqlar limanın terminallarındakı iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

İqtisadiyyat naziri:  "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

İqtisadiyyat naziri: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu