http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan BƏƏ ilə COP29 çərçivəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib - YENİLƏNİB

01 Mart 2024 , 15:54
Azərbaycan BƏƏ ilə COP29 çərçivəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui arasında görüş keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçılarının birgə siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. İqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika və s. sahələrdə tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Azərbaycanın regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı və iştirakçısı olduğu vurğulanıb. BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl” enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizin regional tərəfdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir.

Qeyd edilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, tranzit imkanlarının artması investorların fəaliyyəti üçün geniş imkanlar açır. Bu imkanlardan yararlanan BƏƏ iş adamları ilə birgə layihələrin icrası regional əməkdaşlığı daha da genişləndirə bilər.

Görüşdə iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbüslərin reallaşdırılması, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.

***

13:01

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.

"Görüşdə ölkələrimizin yaşıl enerji layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri barədə danışdıq", - nazir qeyd edib.

 

Nərmin Qocamanlı

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu