http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Aİ-92 markalı benzinin aksiz vergisinin kəskin endirilməsi qiymətə təsir edəcəkmi?

01 Mart 2024 , 14:13
Aİ-92 markalı benzinin aksiz vergisinin kəskin endirilməsi qiymətə təsir edəcəkmi?

Bu gündən ölkəyə idxal olunan benzin və dizel yanacağı gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla da ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.

Bəs dəyişiklik yanacaq qiymətlərinin ucuzlaşmasına səbəb ola bilərmi?

“Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert Sərdar Sərdarlı deyir ki, yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib:

“İldə bir dəfə Nazirlər Kabinetinin belə qərarı olur. Söhbət Aİ-92 markalı benzindən və dizeldən gedir. Bu Heydər Əliyev adına Neft Emalı zavodunun cari təmirə bağlanması ilə əlaqədar olur. Bu zaman anbarlarda olan ehtiyat yanacaq çatmadığından onun idxalına ehtiyac yaranır. Nəticə etibarı ilə aksiz vergisini götürürlər ki, daxili bazarda qiymətlər sabit qalsın. Göründüyü kimi yanacaq qiymətlərinin ucuzlaşması və ya bahalaşması olmayacaq. Aİ-95 və Aİ-98 markalı benzinin idxalı ilə bağlı qərar olsaydı, bu markalı benzinlərin qiyməti ucuzlaşardı. Yanacaqdoldurma məntəqələri benzin və dizeli yenə əsas tədarükçü olan SOCAR-dan əldə edəcək. Tarif şurasının qiymətlərlə bağlı qərarı olmasa, hər hansısa bir dəyişiklik gözlənilmir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu