http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

01 Mart 2024 , 14:29
Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

"Operativ Media"nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, saziş iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında keçirilən görüş zamanı imzalanıb.

Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.

Görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur. Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu