SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb

Nərmin Qocamanlı
SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb

1 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olunub. Bu xüsusda ötən ilin aprelində Sofiyada SOCAR, “Transgaz” (Rumıniya), “Bulgartransgaz” (Bolqarıstan), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasının “Həmrəylik halqası” təşəbbüsünün reallaşması istiqamətində atılan mühüm addım olduğu bildirilib.

Tərəflər SOCAR-ın Rumıniya bazarında fəaliyyəti, müxtəlif marşrutlar üzrə qaz təchizatı və nəqli, həmçinin enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Şəkil Qalereyası

SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb - Şəkil 1
SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb - Şəkil 2
SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb - Şəkil 3

Digər xəbərlər