Rövşən Nəcəfov Moldovanın energetika naziri ilə görüşüb
Nərmin Qocamanlı
1 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Viktor Parlikov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımların atıldığı qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net