Qara dənizin dibi ilə sualtı kabel çəkilməsi layihəsi müzakirə edilib

Nərmin Qocamanlı
Qara dənizin dibi ilə sualtı kabel çəkilməsi layihəsi müzakirə edilib

Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan nümayəndələri Bakıda görüşüblər.

"Operativ Media" xəbər verir ki, onlar Qara dənizin dibi ilə sualtı kabel çəkilməsi layihəsini müzakirə ediblər.

“Dənizaltı kabel layihəsi enerji təhlükəsizliyinin gücləndirilməsinə, təchizat marşrutlarının şaxələndirilməsinə, xarici investisiyaların cəlb edilməsinə və Gürcüstanda və regionda yaşıl enerjinin inkişafına kömək edəcək”, - deyə Gürcüstan İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili dördtərəfli görüşdə bildirib.

Xatırladaq ki, dörd ölkənin hökumətləri 2022-ci il dekabrın 17-də elektrik kabelinin çəkilməsi haqqında saziş imzalayıblar.

Digər xəbərlər