Rusiya gələn aydan etibarən neft ixracını azaldır

Redaksiya
Rusiya gələn aydan etibarən neft ixracını azaldır

Rusiya OPEC+ könüllü öhdəlikləri çərçivəsində bu ilin ikinci rübündə neft hasilatını və ixracını orta hesabla gündəlik 471 min barelə azaldacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

O qeyd edib ki, 2024-cü ilin birinci rübündə bu həcm sutkada 500 min barel olub.

Apreldə hasilatın azalması sutkada 350 min barel, ixrac isə sutkada 121 min barel olacaq. Mayda hasilatın azalması sutkada 400 min barel, ixracda 71 min barel, iyunda isə 471 min barel təşkil edəcək.

Digər xəbərlər