05 Mart 2024, 10:04
Braziliya ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə edilib
Braziliya ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə edilib şəkil
Braziliya ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosa ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanıb. Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarında investorlar üçün nəzərdə tutulmuş güzəştlər və stimullar diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə fəaliyyət imkanları və “yaşıl” maliyyələşmə üzrə əməkdaşlıq nəzərdən keçirilib.

Görüşdə qarşılıqlı investisiya qoyuluşu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, aqrar sahədə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının  genişləndirilməsi, ərzaq təhlükəsizliyi, aqroparklara müasir texnologiyaların cəlbi istiqamətində fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb