http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının növbəti iclası keçiriləcək

05 Mart 2024 , 13:24
Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının növbəti iclası keçiriləcək

Yaxın vaxtlarda Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının növbəti iclası keçiriləcək.

"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Astanada keçirilən Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasında qeyd olunub.

İşgüzar Şura çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub.

İclasda Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması yüksək qiymətləndirilib.

Bildirilib ki, indiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon ABŞ dolları investisiya yatırıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu