AMB sədri Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri ilə görüşüb
Nərmin Qocamanlı
"Qətər Dövlətinə işgüzar səfərimiz çərçivəsində növbəti görüş Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri Tami Əhməd Əli Əl Boutami Əl Binəli ilə oldu".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X"də bildirib.
O, qeyd edib ki, görüş zamanı Qətərin qiymətli kağızlar bazarının inkişafı və xarici investorlar üçün yaradılmış imkanlar müzakirə edilib:
"Həmçinin hər iki ölkənin nəzarət qurumları və qiymətli kağızlar bazarının iştirakçıları arasında əməkdaşlıq perspektivləri barədə əhatəli fikir mübadiləsi apardıq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net