Çin mərkəzi hökumətinin dövlət borcu ötən ilin sonunda 12% artaraq rekord həddə - 4,2 trilyon dollara çatıb.
"Operativ Media" bu barədə Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) açılış sessiyasında təqdim olunan hesabata istinadən xəbər verir.
Mərkəzi hökumətin borcu 4,244 trilyon dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin təxminən dörddə birini təşkil edir. Çinin 2005-ci ildə təxminən 400 milyard dollarlıq dövlət borcu hər il artmaqdadır.
Çin hökumətlərinin ümumi ödənilməmiş borcu 5,756 trilyon ABŞ dolları təşkil edib. Bura 2,24 trilyon ABŞ dolları məbləğində adi borc və 3,5 trilyon ABŞ dolları həcmində hədəf borc daxildir.






