"Bizə qətiyyətli davranan dövlət başçılarına ehtiyacımız var. Müharibə dövründə ictimai rəyə tabe olmaqla liderlik edə bilməzsiniz. Bizə daha qətiyyətli Almaniya hökuməti lazımdır. Federal kansler Şolz çox ləngdir, çox şübhəlidir. O, özünü lider kimi aparmır".
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
Həmçinin, Rasmussen Makronun NATO qoşunlarının Ukraynaya daxil olması ehtimalı ilə bağlı dediklərini “boşboğazlıq” kimi qiymətləndirib.
Bundan əvvəl Fransa prezidenti Makron bildirmişdi ki, Aİ Ukraynanı orta və uzaq mənzilli raketlərlə təchiz edən “dərin zərbələr üçün doqquzuncu koalisiya” yaratmağa razılaşıb. O, həmçinin bildirib ki, Fransa Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb.






