Menyu

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin aktivləri və balans kapitalı 14,3 dəfə artıb

Nərmin Qocamanlı
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin aktivləri və balans kapitalı 14,3 dəfə artıb
1 dəq oxu

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2022-ci ili 269 min manat mənfəətlə başa vurub.

"Operativ Media" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 30,3 % azdır.

2022-ci ildə TKTA-nın əsas əməliyyat gəlirləri 1,303 milyon manat (2021-ci illə müqayisədə 23,2 % çox), işçi heyəti üzrə xərcləri 748 min manat (38,5 % çox), amortizasiya xərcləri 55 min manat (71,9 % çox), sair əməliyyat xərcləri isı 232 min manat (2,6 dəfə çox) təşkil edib.

2023-cü il yanvarın 1-nə TKTA-nın həm aktivləri, həm də balans kapitalı 11,182 milyon manat olub ki, bu da illik müqayisədə 14,3 dəfə çoxdur. Agentliyin öhdəliyi yoxdur.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər