Daha bir MMC-yə "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti statusu verilib

Nərmin Qocamanlı
Daha bir MMC-yə "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti statusu verilib

 

"Eos Qrup" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib:

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq".

O, qeyd edib ki, investisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər