http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

07 Mart 2024 , 19:21
Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanın Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.

Görüşdə Azərbaycanla Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın perspektivləri, əməkdaşlıq gündəliyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu