Azərbaycanlı investor Rusiyada istixanaların yaradılmasına 5,6 milyard rubl sərmayə qoyacaq
1 dəq oxu
Azərbaycandan olan investor Stavropol diyarında “Vostochnıy” istixana kənd təsərrüfatı kompleksinin tikintisinə 5,6 milyard rubl sərmayə qoyacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin bildirib.
"Levokumski rayonunda "Vostochnıy" kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıq alıb. İstismara verilməsi 2024-cü ilin sonuna qədər planlaşdırılır", - o qeyd edib.
Məlumata görə, istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır.
Sadiq Cavadov
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu