http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaradır

11 Mart 2024 , 19:11
Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaradır

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaratmağı planlaşdırır.

“Operativ Media” xəbər verir ki, bu barədə "Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

O bildirib ki, investisiya fondu hər iki dövləti maraqlandıran layihələri maliyyələşdirəcək.

"Fond, həmçinin Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək. Bu, Qazaxıstanın Azərbaycanla əməkdaşlığını gücləndirəcək və bizə gəlirlər gətirəcək. Çünki bu, sırf kommersiya əsaslı investisiya fondu olacaq", - deyə Jakupov diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzalayıblar.

Qeyd edək ki, indiyənədək Qazaxıstandan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 114 milyon ABŞ dolları, Azərbaycandan Qazaxıstana isə 215 milyon ABŞ dolları təşkil edir. Hazırda Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün isə 50-dən çox Qazaxıstan şirkəti müraciət edib

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu