http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AÇG və “Şahdəniz”dən hasil edilən neftin həcmi 3,5 faiz artıb

12 Mart 2024 , 13:03
AÇG və “Şahdəniz”dən hasil edilən neftin həcmi 3,5 faiz artıb

Cari ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz azalma deməkdir.

Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək (kondensatla birlikdə) ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artımla 632,7 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artımla 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 10,2 faiz artımla 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 630,7 milyon tonu ixraca nəql edilib.

2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı ötən illə eyni səviyyədə, yəni 1,1 milyon tona yaxın təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu