http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadiyyat Nazirliyində Koreya İdxalçılar Assosiasiyasının sədri ilə görüş keçirilib

12 Mart 2024 , 15:30
İqtisadiyyat Nazirliyində Koreya İdxalçılar Assosiasiyasının sədri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Cənubi Koreya şirkətlərinin alıcı missiyasına rəhbərlik edən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byung-Kvanla görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan və Koreya arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. 2023-cü ildə Azərbaycandan Koreyaya ixracın həcminin artması ölkəmizdə istehsal olunan məhsullara Koreya istehlakçıları tərəfindən marağın artmasının göstəricisidir. Görüşdə Koreya şirkətlərinin uzun illərdir ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı yaxşılaşdırılması, “Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Kim Byung-Kvan Azərbaycanın Koreyanın mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu vurğulayıb. Koreyanın biznes və ticarət təşkilatlarının, sahibkarlarının azərbaycanlı iş adamları ilə əməkdaşlıqda və Azərbaycanın qeyri-neft məhsullarının idxalında maraqlı olduqları qeyd edilib. Bu məqsədlə nümayəndə heyətinin alıcı missiyası çərçivəsində ölkənin müxtəlif regionlarında qida və şərab istehsalı müəssisələrinin ziyarət edilməsi, həmçinin müxtəlif dövlət və özəl qurumlarla görüşlərin keçirilməsi planlaşdırılıb.

Tərəflər hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadə, iş adamları arasında münasibətlərin genişləndirilməsi, ticarət əlaqələrinin artırılması istiqamətləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, bu ilin iyun-iyul aylarında Seulda keçiriləcək “Korea Import Fair 2024” sərgisində yerli şirkətlərin iştirakı Azərbaycan məhsullarının Koreyaya ixracının genişləndirilməsinə töhfə verəcək.

Görüşdə Koreya idxalçılarının Azərbaycana hazırkı səfəri çərçivəsində təşkil olunan alıcı missiyasının əhəmiyyəti vurğulanıb, gələcəkdə də qarşılıqlı səfərlərin, sərgi-yarmarkaların və digər işgüzar tədbirlərin keçirilməsi imkanları müzakirə edilib.  

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu