http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Dövlət qurumlarının statistikaları arasında ziddiyyət var"

13 Mart 2024 , 13:10
"Dövlət qurumlarının statistikaları arasında ziddiyyət var"

"Dövlət qurumlarının statistikaları arasında ziddiyyət var".

"Operativ Media" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, statistikalara əsasən, dövlət qurumları arasında startap və ekosistem infrastrukturun inkişafı ilə bağlı kommunikasiya və əlaqələr olduqca zəifdir:

"İRİA deyir ki, ölkədə təxminən 220 aktiv startap var. Ötən günlər təqdim etdikləri hesabatda da bu istiqamətdə açıqlamalar veriblər. ASAN deyir ki, startapların sayı təxminən 80 ətrafındadır. Qurum startap ekosistemlərlə bağlı beynəlxalq vəziyyəti və reytinqi ölçən "StartupBlink" qurumunda Azərbaycanı təmsil edir. Bu statistika da həmin beynəlxalq reytinqdə görünür. Ötən il Prezidentin köməkçisi Şahmar Mövsümov son bir ildə startap sayının 3 dəfə artdığını bildirmişdi. Lakin hansı sayın 3 dəfə artdığını qeyd etməmişdi. Startap Azərbaycan portalının bazasında 160-dək startapın olması görünür. KOBİA açıqlayıb ki, ölkədə Startap şəhadətnaməsi alanların toplam sayı 135-dir. Bu sahənin zəif inkişafı həm də bununla bağlıdır. Normalda İRİA və KOBİA statistikaları da ASAN-nın söz sahibi olduğu "StartupBlink"də öz əksini tapa bilərdi. Təəsüf ki, hansısa səbəblərdən bu reallaşa bilmir".

Ekspert qeyd edib ki, Azərbaycan startap ekosistemin inkişafına görə "StartupBlink" reytinqində çox aşağı yerlərdədir, ötən il 100 ölkə arasında 84-cü yeri qazanıb:

"Fikrimcə, burada daha çox maliyyə resursları, daha çox komanda İRİA-ya məxsusdur, ondan gözləntilər daha çoxdur. Lakin son illərdə dinamika olsa da, hələlik bu sektorda gözləntilər özünü doğrultmayıb. İRİA ölkədə startap və innovasiya sahəsində kordinasiya və resursların bir yerə cəmləşdirilməsi, mühitin inkişafı və effektivliklə bağlı səylərini gücləndirməlidir".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu