http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Gürcüstan bu il Bakı-Supsa marşrutu üzrə neftin daşınmasını bərpa etməyi planlaşdırır

13 Mart 2024 , 15:34
Gürcüstan bu il Bakı-Supsa marşrutu üzrə neftin daşınmasını bərpa etməyi planlaşdırır

Gürcüstan 2024-cü ildə Bakı-Supsa marşrutu üzrə neftin daşınmasını bərpa etməyi gözləyir.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.

Nazirin sözlərinə görə, Gürcüstan ildə 1 milyon ton tranzit həcminə çatmağı gözləyir.

“Neft kəmərindən istifadə ilə bağlı Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və burada biz intensiv dialoq aparırıq, çünki bu kəmər 1999-cu ilin yazından Azərbaycan nefti üçün işləyir. Qazaxıstan neftinin buradan tranziti indi müzakirə olunur və bu neft başqa növdür. Biz əsas məsələlərdən əmin olandan sonra, ümid edirik ki, Qazaxıstandan bu neftin vurulmasına bu il başlanacaq. Gələcəkdə düşünürük ki, biz ildə bir milyon tondan çox nefti ötürə biləcəyik. Ümid edirəm ki, neftin nəqlinə bu il başlanılacaq”, - deyə L. Davitaşvili bildirib.

Azərbaycanın Energetika Nazirliyi də təsdiqləyib ki, Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin bərpası bu il başlaya bilər.

Bu neft kəməri ildə 5 milyon tona qədər yanacaq nəql edə bilər.

Qeyd edək ki, 1999-cu ildən Azərbaycan “Çıraq” yatağından yanacağın daşınması üçün Bakı-Supsa neft kəmərindən istifadə edir. 2022-ci ilin yazında nəqliyyat problemlərinə görə bu marşrut üzrə yanacaq tədarükünün dayandırılması qərara alınıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur.

Xatırladaq ki, ötən il Azərbaycan Qazaxıstana Bakı-Supsa kəməri ilə ildə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif etmişdi. Razılıq əldə olunsa, bunun “Kaşaqan” yatağından çıxarılan neft olacağı gözlənilirdi. 2023-cü ildə Qazaxıstan neftinin BTC marşrutu ilə tədarükü 5,5 dəfə artaraq 1 milyon 392 min tona çatıb.

Bakı-Supsa Xəzər neftinin Xəzər dənizində Bakı yaxınlığındakı Səngəçal terminalından Gürcüstanın Qara dənizdə yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu