Menyu

Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişib

Nərmin Qocamanlı
Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişib

Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydasına dəyişiklik edilib.

"Operativ Media" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərarla ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası belə olacaq: YM (34.8%+16.7%+7.7%)+R+RM

Əvvəl isə ailənin orta aylıq gəlirinin hesablanması qaydası belə idi: YM (32.6%+15.6%+7.2%)+R+RM

Burada:

YM – yaşayış minimumunun ölkə üzrə məbləği;

R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər