http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bu il hansı qida məhsulları ucuzlaşıb?

14 Mart 2024 , 10:57
Bu il hansı qida məhsulları ucuzlaşıb?

Bu ilin yanvar ayında əvvəlki aylara nisbətən qida məhsullarının qiymətlərində həm bahaşma, həm də ucuzlaşma müşahidə olunub.

"Operativ Media" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.

Belə ki, bahalaşma xüsusilə düyü, süd, yumurta, zeytun yağı, şəkər, konfetlər, meyvə şirəsi, qoyun və toyuq əti, təzə balıqda müşahidə olunub. Eyni zamanda meyvə-tərəvəzin - naringi, limon, banan, alma, nar, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof, yerkökünün də qiymətində artım olub. Spirtli içki və, tütün məmulatlarında da bahalaşma qeydə alınıb. 

Bununla yanaşı bəzi məhsulların qiyməti ötən aylara nisbətən ucuzlaşıb. Əsasən, manna və qarabaşaq yarması, unu çörək, mal əti, günəbaxan və qarğıdalı yağları, şəkər tozu, eyni zamanda çuğundur və portağalın qiymətində azalma müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,7 faiz təşkil edib.
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu