Cari ilin yanvar-fevral aylarında Azərbaycanda neft kəmərləri ilə 6 307,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,3% çoxdur.
Dövlət Statistika Komitəsindən “Operativ Media"ya verilən məlumata görə, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 4 725,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,1% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2%-i və ya 3 882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8%-i və ya 842,9 min tonunu (34,5% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.






