"İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşdük".
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"Ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq Biznes Forumunun keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik. İraqlı iş adamlarını Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəmizə səfərə dəvət etdik", - nazir qeyd edib.






