http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub

19 Mart 2024 , 16:15
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, nazirliyin Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə edilib.

Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər. Çıxışlarda bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyi və istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulanıb. 

Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin nümayəndəsi sərhədyanı ticarətlə bağlı geniş təqdimatla çıxış edib və çoxsaylı sualları cavablandırıb.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

MDB-də gömrük xidmətləri üçün tranzit portal yaradılacaq

MDB-də gömrük xidmətləri üçün tranzit portal yaradılacaq

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

XƏBƏR LENTİ
  • 15:19

    “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib
  • 15:18

    Ali Məhkəmənin hakimi intihar etdi
    Ali Məhkəmənin hakimi intihar etdi
  • 14:38

    Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib
  • 14:25

    Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır - BMTİP-in daimi nümayəndəsi
  • 14:14

    Səbaildə qızıl mağazasından oğurluq olunub
  • 13:40

    Qubada kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar
  • 13:35

    Suriyanın şimalında 3 terrorçu saxlanılıb
  • 13:26

    Yasamalda oğurluq edən 2 nəfər saxlanılıb
Menyu