http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Balın qiyməti bahalaşacaq?

25 Mart 2024 , 16:29
Balın qiyməti bahalaşacaq?

Azərbaycanda bal istehsalı azalıb. 2023-cü ildə ölkəmizdə 30 802 təsərrüfatda mövcud olan 597 min arı ailəsindəm 4550 ton bal əldə olunub. 2022-ci illə müqayisədə arı ailələrinin sayı 9%, bal istehsalı 39% azalıb. Bəs bu balın qiymətinə necə təsir edə bilər?

“Operativ Media” ya açıqlama verən arıçı Xəqani Məmmədov deyir ki, keçən il bal istehsalı çox aşağı olub. 30 ildə ilk dəfə olaraq məhsuldarlıq bu qədər az olub.

“Əsas səbəb odur ki, yağış çox oldu. Normalda balı il ərzində iki dəfə süzürük. Keçən il bir dəfə süzüldü, bal da az çıxdı. Arının özünü saxlamaq belə çətin idi. Çünki yağışlar imkan vermədi. Bir yeşikdən 10 kilodan çox bal süzürdük. Keçən il 3 kilo ancaq oldu. Arıçıların əlində bal az olduğundan qiymət də qalxdı”

Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov isə deyir ki, balın azalması qiymətin artmasına səbəb olub. 

 “Balın qiyməti 20 manatdan 30 manata qalxıb. Arıçıların öz xərcləri var. Çalışırlar ki, həm xərclərini qarşılasınlar, həm də növbəti il üçün tədarükləri olsun. İşğaldan azad olunmuş ərazilərə də arı ailələri aparılır. Ötən il 41 min arı ailəsi Qarabağ və Şərqi Zəngəzura aparıldı. Bu il 100 min arı ailəsinin aparılmasını planlayırıq. Balın istehsalı daha da artarsa, xaricə ixraca da nail ola bilərik”

 

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu