http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədər olub?

27 Mart 2024 , 14:20
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədər olub?

Ötən il Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal olunub.

Bu barədə "Operativ Media" Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 30,6 faizi İtaliya, 14,9 faizi Türkiyə, 8,5 faizi Rusiya, 6,1 faizi Çin, 3,6 faizi Almaniya, hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan, 2,7 faizi Yunanıstan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq, Türkmənistan və Çexiya, 1,3 faizi Rumıniya, 1,2 faizi Xorvatiya, hər biri 1,0 faiz olmaqla Fransa, Bolqarıstan və İran, hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya, 11,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 44,9 faizini İtaliyaya, 15,8 faizini Türkiyəyə, 4,1 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,6 faizini Hindistana 3,5 faizini Rusiyaya, 2,7 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, 2,2 faizini Gürcüstana, 2,0 faizini Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, 1,4 faizini Bolqarıstana, 1,3 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 1,0 faizini Vyetnama, 0,9 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə və Avstriyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 17,5 faizi Çin, 13,3 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,1 faizi ABŞ, 4,0 faizi Türkmənistan, 2,8 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,3 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Belarus, 1,4 faizi Ukrayna, hər biri 1,2 faiz olmaqla Qazaxıstan, Braziliya və Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Özbəkistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu