Azərbaycandan Gürcüstana elektrik enerjisi idxalı 14 dəfə artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Gürcüstan qonşu ölkədən 1,3 milyon dollar dəyərində elektrik enerjisi alıb.Ötən ilin eyni dövründə bu rəqəm cəmi 89 min dollar olub. Rusiyadan idxal 498 min dollardan 363 min dollara qədər azalıb.
Ümumilikdə, elektrik enerjisi idxalı ilk iki ayda ölkəyə 1,66 milyon dollara başa gəldiyi halda, 2023-cü ilin eyni dövründə 587 min dollara başa gəlib və bununla da artım 182,5% təşkil edib.






