Menyu

Bakı hava limanında bayram günlərində sərnişin axını 30 %-dən çox artıb

Redaksiya
Bakı hava limanında bayram günlərində sərnişin axını 30 %-dən çox artıb

Martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5 % üstələyib. 2023-cü ildə isə bu rəqəm 91,3 min sərnişin təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Operativ Media"ya bildirilib ki, bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.

Ən sıx gün martın 24-də olub və 19 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.

Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər