Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
"Operativ Media" bu barədə AMB-yə istinadən xəbər verir.
AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddini 8,75%-dən 8,5%-ə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlayıb.






