http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mayda Ağdamda ilk dəmir yolu avadanlıqlarının istehsalı zavodu açılacaq

28 Mart 2024 , 14:02
Mayda Ağdamda ilk dəmir yolu avadanlıqlarının istehsalı zavodu açılacaq

Azərbaycanda dəmir yolu avadanlıqları istehsal edəcək ilk zavodun bu ilin may ayında açılması nəzərdə tutulur.

"Operativ Media" xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.

N.İbadovanın sözlərinə görə, Ağdam Sənaye Parkında tikilən zavod açıldıqdan dərhal sonra məhsul istehsalına başlanılacaq. Məhsullar, ilkin olaraq, daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bir müddət sonra isə MDB ölkələrinə məhsul ixrac ediləcək.

N.İbadova bildirib ki, mayın əvvəlində zavodun 3 korpusu - yığım, istehsal və yataqxana korpusları açılacaq. Layihənin investisiya dəyəri 5,7 milyon manatdır. Zavodda 43 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsala başlanıldıqdan sonra bu sayın artırılması da mümkündür.

Xatırladaq ki, “Rail Trans Service” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə idxala ehtiyac qalmayacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanın energetika naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanın energetika naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Mikayıl Cabbarov “Saudi Aramco” prezidenti ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Mikayıl Cabbarov “Saudi Aramco” prezidenti ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

XƏBƏR LENTİ
  • 18:18

    Tailandın xarici işlər naziri istefa verib
  • 18:04

    Gürcüstan XİN başçısı Brüsselə səfər edəcək
  • 17:57

    Fransada mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində xüsusi prokurorluq yaradılacaq
  • 17:43

    Peskov: Kollektiv Qərb Rusiyanın qərarlılığını sınayır
  • 17:29

    Azərbaycan PL: "Qəbələ" sonuncu yeri tutdu
  • 17:22

    Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb
  • 17:10

    Sədərək rayonunda sursat partlayıb, 2 nəfər həlak olub
    Sədərək rayonunda sursat partlayıb, 2 nəfər həlak olub
  • 16:58

    Bakıda restoranda yanğın olub, zəhərlənənlər var
Menyu