Ekspert: "İnfilyasiya son bir il ərzində AMB-nin gözlədiyi templə enir"

Nərmin Qocamanlı
Ekspert: "İnfilyasiya son bir il ərzində AMB-nin gözlədiyi templə enir"

"Azərbaycan Mərkəzi Bankı pul kütləsinin hərəkətinə nəzarətin daha da artırılmasını hədəfləyir".

"Operativ Media" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov AMB-nin bugünkü qərarları barədə şərhində deyib.

O bildirib ki, Mərkəzi Bank infilyasiyanın cilovlandığı qənaətindədir:

"Mərkəzi bank həm də ÜDM-in artımına müəyyən mənada vəsilə olmaqda istəklidir. İnfilyasiya nəinki son iki ayda, hətta son bir il ərzində AMB-nin gözlədiyi templə enir. AMB həm də ehtiyatlıdır. Çünki prespektivə dair gözləntilər ifadə edilmir və sadəcə növbəti qərarların makroiqtisadi mühitə uyğun verilicəyi bildirilir. Bankların kredit qaynaqlarının Mərkəzi Bankın uçot dərəcəsindən elə də təsirlənmədiyi üçün uçot dərəcəsində olan enişin kredit faizlərinə, dolayısı ilə kredit portfelinə təsirləri yox dərəcəsində olacaq".

"Manatın məzənnəsinə gəldikdə isə, press-relizdə bu barədə stabilliyinin qorunub saxlanılmasına dair ciddi təhdidlər yer almayıb", - deyə ekspert qeyd edib.

 

Digər xəbərlər