AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb
Nərmin Qocamanlı
Xarici ticarət balansı əsasında olan ixrac ötən il 29,2 milyard dollar, idxal isə 16,4 milyard dollar təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, 29,2 milyard dollarlıq ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb.
“İxracın strukturunda əsas xam neft durur ki, o da 16,8 milyard dollar təşkil edib. Təbii qaz 8,4 milyard dollar, neft məhsulları isə 0,7 milyard dollar olub”, - deyə Samir Nəsirov əlavə edib.
Teqlər:
"AMB: \u00d6t\u0259n il ixrac\u0131n 25 9 milyard dollar\u0131 neft-qaz sektorunun pay\u0131na d\u00fc\u015f\u00fcb"