http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan bank sektorunun aktivləri 6,5 % artıb

29 Mart 2024 , 14:24
Azərbaycan bank sektorunun aktivləri 6,5 % artıb

Bank sektorunun cəmi aktivləri bu ilin yanvar-fevral aylarında 6,5% artaraq 48,735.7 mln. manat təşkil edib.

"Operativ Media" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektorun cəmi öhdəlikləri 6,5% artaraq 42,548.4 mln. manata, balans kapitalı isə 7,9% artaraq 6,187.3 mln. manata bərabər olub.

Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23,833 mln. manat təşkil edib. Kredit portfelinin 54.8%-i(13,063.7 mln. manat) biznes kreditlərinin, 29.7%-i (7,077.3 mln. manat) istehlak kreditlərinin, 15.5%-i (3,692 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 82.2%-i və ya 34,959.3 mln. manat. Depozit portfelinin 62.8%-i (21,955.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (13,003.6 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

2024-cü ilin fevral ayında fiziki şəxslərin əmanətləri 1.3% və ya 172.4 mln manat artaraq 13,003.6 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanət portfelinin 55.2%-i (7,174.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.6%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

Mikayıl Cabbarov İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub

XƏBƏR LENTİ
  • 10:55

    Bakıda 86 dayanacaq pavilyonunu quraşdırılacaq - AYNA
  • 10:49

    Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
  • 10:47

    KİV: Ankara Putinin yaxın vaxtlarda səfərinə ümid edir
  • 10:41

    SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edib
  • 10:39

    Rövlan Muradov: "Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir"
    Rövlan Muradov: "Son oyunlardakı nəticələrimiz azarkeşləri stadiona gətirir"
  • 10:38

    SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edib
  • 10:34

    "Bakı Dəmir Yolu Xəstəxanası" auditor seçir
  • 10:33

    Qusarda kafedə yanğın olub
Menyu