Ana səhifə / İqtisadiyyat / Son bir ayda bankların qiymətli kağızlardan gəlirləri 2 dəfəyədək artıb Son bir ayda bankların qiymətli kağızlardan gəlirləri 2 dəfəyədək artıb 29.03.2024, 17:34 Nərmin Qocamanlı 2024-cü ilin martın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 71,5 milyon manat olub. "Operativ Media" bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyon manat və ya 6,7% çoxdur. 2023-cü ilin martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 67 milyon manat olub. Aylıq müqayisədə bankların qiymətli kağızlardan qazandıqları məbləğin həcmi 35,3 milyon (97,5%) artıb. 1 fevral vəziyyətinə bu göstərici 36,2 milyon manat təşkil edib. Teqlər: "Son bir ayda banklar\u0131n qiym\u0259tli ka\u011f\u0131zlardan g\u0259lirl\u0259ri 2 d\u0259f\u0259y\u0259d\u0259k art\u0131b"