http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Müavinətlərin hesablanmasında hansı dəyişikliklər edilib?

01 Aprel 2024 , 10:27
Müavinətlərin hesablanmasında hansı dəyişikliklər edilib?

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Nazirlər Kabinetinin 14 mart 2024-cü il tarixli 158 nömrəli qərarı ilə həmin Əsasnamədə dəyişikliklər edilib.

"Operativ Media" xəbər verir ki, dəyişiklikləri əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov “vergiler.az”a şərh edib:

ekspert_face.png

1-ci dəyişiklik

Əsasmanənin 25-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu hallarda verilmir: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, bu Əsasnaməyə 6 nömrəli əlavəyə uyğun olaraq tərtib edilmiş arayış təqdim edildiyi hal istisna olmaqla, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.

Dəyişikliyə əsasən, əvvəllər məcburi dövlət sosial sığortası üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılırdısa, dəyişiklikdən sonra sığortaedən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə arayış təqdim edilərsə, müavinət ödəniləcək.

2-ci dəyişiklik

Əsasnamənin 28-ci hissənin 3-cü (hər iki halda), 4-cü abzaslarında və 14-cü abzasının 3-cü cümləsində “12 tam təqvim” sözləri “12 təqvim” sözləri ilə əvəz edilib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında dəyişikliyə qədər müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilirdisə, dəyişiklikdən sonra müavinətin hesablanmasında son 12 təqvim ayındakı qazancın məbləği əsas götürüləcəkdir. “Tam təqvim ayı” ifadəsi “təqvim ayı” ifadəsi ilə əvəz edilib. Yəni, hesablamada tam olmayan aylar da nəzərə alınacaq.

3-cü dəyişiklik

İşçinin əsas və əlavə iş yerində çalışması vəziyyətində əmək qabiliyyətinin itirilməsi halı ilə bağlı 41-ci bənddəki norma qüvvədən düşüb və bu şəkildə yeni bənd əlavə edilib: “Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət bu Əsasnamənin 28-ci hissəsi nəzərə alınmaqla sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir”.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Dəyişiklikdən əvvəl işçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirdisə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancı əsasında hesablanırdı və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilirdi. Dəyişiklikdən sonra isə işçi əsas iş yerindən əlavə başqa iş yerində də işlədikdə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün əsas və əlavə iş yeri olaraq ayrılıqda hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanacaq və məcburi dövlət sosial sığorta haqları hesabına ödəniləcək.

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən əlavə iş yerinin gəlirləri də nəzərə alınmaqla təyin edilir”.

4-cü dəyişiklik

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan 56 günlük sosial məzuniyyət hüququndan istifadə etmək hüququna malik olmaqla bərabər, onlara müəyyən edilmiş qaydada müavinət verilməsi də Əsasnamədə öz əksini tapıb.

5-ci dəyişiklik

Əsasnamənin 96-cı bəndi bu şəkildə dəyişib: “Bu Əsasnamədə nəzərdə tutulan müavinətlər işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən bu hissənin ikinci cümləsi nəzərə alınmaqla təyin edilir”.

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir”.

6-cı dəyişiklik

Əsasnamənin 101-ci bəndinə əsasən, işçinin əsas və əlavə iş yerləri olduqda, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı dəyişiklikdən sonra ilk 14 gün üçün müavinət əsas və əlavə iş yerlərinin işəgötürəni tərəfindən ödənilməli olduğu üçün işçi işə çıxdıqdan sonra xəstəlik vərəqəsini hər iki iş yerinə təqdim etməlidir. Bunun üçün işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini əsas iş yeri üzrə müəssisənin müdiriyyətinə təqdim edəcək və əsas iş yeri tərəfindən xəstəlik vərəqəsinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim edəcək.

7-ci dəyişiklik

Əsasnamənin 114-1-ci bəndi də dəyişib. Belə ki, məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Fondun yerli qurumuna, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nə məktubla müraciət etməlidir.

114-1-ci hissənin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Müraciət həm əsas, həm əlavə iş yeri (yerləri) olan, habelə əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə əsas iş yeri olan sığortaedən tərəfindən edilir”.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən tərəfindən Fondun yerli qurumuna müraciət işçinin həm əsas, həm əlavə iş yeri (yerləri) olan, habelə əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə əsas iş yeri olan sığortaedən tərəfindən edilir.

8-ci dəyişiklik

Əsasnamənin 114-2-ci bəndinə isə aşağıdakı məzmunda 9-cu abzas əlavə edilib: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən rüb üzrə hesabat təqdim edildiyi tarixdən növbəti rüb üzrə hesabat təqdim ediləcəyi tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin hesablanmasında nəzərə alınan aylar üzrə qazanc ilə bağlı bu Əsasnamənin 6 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş arayış müavinət sənədlərinə əlavə edilməlidir. Həmin arayışda təqdim olunan məlumatlarla həmin rüb üzrə sonradan təqdim olunan hesabat məlumatları arasında fərq aşkar olunduqda, müavinət üzrə artıq ödənilmiş məbləğ sığortaedən tərəfindən dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır, əskik ödənilmə halında isə əskik ödənilmiş məbləğ Fondun struktur bölməsi tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sığortaolunana ödənilir”.

Rüb üzrə hesabat təqdim edildiyi tarixdən növbəti rüb üzrə hesabat təqdim ediləcəyi tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin hesablanmasında nəzərə alınan aylar üzrə qazanc ilə bağlı bu Əsasnamənin 6 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş arayış təqdim edildikdə, arayışda təqdim olunan məlumatlarla həmin rüb üzrə sonradan təqdim olunan hesabat məlumatları arasında fərq aşkar olunduqda, müavinət üzrə artıq ödənilmiş məbləğ sığortaedən tərəfindən dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır, əskik ödənilmə halında isə əskik ödənilmiş məbləğ Fondun struktur bölməsi tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sığortaolunana ödənilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib - YENİLƏNİB

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib - YENİLƏNİB

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı 2,1 faiz azalıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı 2,1 faiz azalıb

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

XƏBƏR LENTİ
  • 14:08

    "Qəbələ"nin hücumçusu əməliyyat olundu
  • 13:59

    Rusiya XİN: "Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələlərin siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq"
  • 13:47

    İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
    İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
  • 13:36

    Juninyo: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir"
  • 13:35

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 13:33

    AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb
  • 13:31

    Ermənistanda Azərbaycanla delimitasiya prosesinə etiraz edənlər İrəvan-Sevan avtomagistralını bağlayıblar
  • 13:24

    Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib - YENİLƏNİB
Menyu