Menyu

Region hotellərinin qiyməti niyə bahalaşıb?

Nərmin Qocamanlı
Region hotellərinin qiyməti niyə bahalaşıb?

Ölkəmizin gəzməli-görməli bölgələrində yerləşən hotellərin endirimli qiymətləri belə cib yandırır. Ötən ilki qiymətlərlə hazırki qiymətlərin arasında azı 20%-lik fərqi görmək mümkündür.

Bəzi hotellərdə 2 gecə qalmaq 159 manat, bəzilərində isə 3 gecə qalmaq 240 manat təşkil edir. Hələ bu qiymətlər nəfər sayına görə də dəyişə bilir. Bəzi hotellərdən isə bildirilib ki, ümumi qiymətlər tarixlərlə bağlı olaraq tez-tez dəyişir.

Bəs hotellərin qiymətlərindəki bu artımın səbəbi nədir?

Mövzu ilə əlaqədar "Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov "Operativ Media"ya bildirib ki, bu, həm qarşıdan gələn Ramazan bayramı, həm də turizm mövsümünün başlaması ilə əlaqədardır:

"Ramazan ayı ilə əlaqədar olaraq ardıcıl bir neçə gün qeyri-iş günü olacaq və bununla əlaqədar artıq indidən rezervlərin artması müşahidə olunur. Eyni zamanda Ramazan ayı, ümumiyyətlə bayramlar öncəsi hotel qiymətlərində endirimi biz o zaman görəcəyik ki, ölkədə hotellərin sayı ən azı indikindən iki dəfə çox olsun. O halda biz fərqli mənzərəni müşahidə edə bilərik. Bu zaman hotellərdə daha çox müştəri qəbul etmək üçün çalışar. Hazırda məcburi tələbatdan və məhdud hotel sayı ilə əlaqədar olaraq belə demək olar ki, regionda bütün otellər 90 faiz üzərində doluluq əldə edə biləcəklər".

Sevinc İbrahimzadə

Teqlər:

"Region hotell\u0259rinin qiym\u0259ti niy\u0259 bahala\u015f\u0131b?"

Əlaqəli Xəbərlər