http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub - YENİLƏNİB

02 Aprel 2024 , 17:20
Bakıda Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davamlı inkişafa və iqtisadi potensialdan səmərəli istifadəyə böyük əhəmiyyət verməsi nəticəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli iqtisadi fəaliyyətin gücləndiyi vurğulanıb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, Bildirilib ki, Azərbaycanın Rusiyanın regionları, o cümlədən Sankt-Peterburqla tərəfdaşlığı genişlənir. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşılıqlı münasibətlərin inkişafına əlavə stimul verir.

Tərəflər iqtisadi əlaqələrin perspektivləri, sənaye, innovasiya, turizm, gəmiqayırma və digər sahələrdə birgə fəaliyyət imkanlarını müzakirə edib, ticarət və biznes işbirliyinin dəstəklənməsi üçün mövcud potensialı dəyərləndiriblər.

Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycana mədəniyyət və işgüzar missiyası  çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İclasda iqtisadi münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində davamlı artım müşahidə edilir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 17% artaraq 4,5 milyard dollara yaxın olub. Həmçinin, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub, təxminən 20 subyektlə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Tədbirdə ölkəmizin biznes imkanları barədə məlumat verilib, sənaye, ticarət,  nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlıq perspektivlərinin böyük olduğu qeyd edilib. Sənaye zonaları və Ələt Azad İqtisadi Zonasında təqdim olunan güzəşt və stimullar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində iştirak imkanları barədə məlumat verilib.

Komissiya üzvləri qarşılıqlı fəaliyyətin səmərəsinin yüksəldilməsi, nəqliyyat, innovasiya və digər sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi, biznes nümayəndələri arasında işbirliyinin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüblər. İclas çərçivəsində prioritet sahələr, o cümlədən əczaçılıq, turizm, səhiyyə, əmək və əhalinin məşğulluğu, təhsil və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığa həsr edilmiş video-çarx nümayiş olunub.

İclasda “2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı” təsdiq edilib. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov imzalayıblar. Tədbirlər Planı ticarət, ekoloji təhlükəsizlik, səhiyyə, məşğulluq və sosial müdafiə, humanitar, şəhərsalma və  arxitektura sahələri üzrə tərəfdaşlığın dəstəklənməsini təmin edəcək.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə Sankt-Peterburqun Turizm və Qonaqpərvərlik sahəsində Beynəlxalq Kompetensiyalar Mərkəzi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Sankt-Peterburq Tibbi Turizm Agentliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb.

***

16:15

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etdik".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu