02 Aprel 2024, 20:01
Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib şəkil
Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan və Yaponiya arasında rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə keçirilən görüşdə qeyd olunub.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. 

Son xəbərlər
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb