http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib - YENİLƏNİB

03 Aprel 2024 , 19:22
Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat Nazirliyində nazir Mikayıl Cabbarovun Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeniy Jukov görüşündə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, ADB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və ADB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin ADB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.

Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.

Yevgeniy Jukov ADB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı atılan addımların təqdirəlayiq hal olduğu qeyd edilib. Qurum rəsmisi COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə toxunub. ADB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu ifadə olunub.

Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, ADB tərəfindən COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan layihəsi və mümkün işbirliyi istiqamətləri müzakirə olunub. 

***

18:05

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

Görüşdə Azərbaycan-AİB əməkdaşlığının gündəmindəki məsələlər: İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində AİB-in plan layihəsi və potensial sahələr üzrə tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu