http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qızılın qiyməti hər həftə bahalaşır - Ekspert səbəbləri açıqladı

03 Aprel 2024 , 19:28
Qızılın qiyməti hər həftə bahalaşır - Ekspert səbəbləri açıqladı

Bir neçə həftə öncə bahalaşan qızılın qiyməti yenidən artaraq rekord həddə çatıb. Belə ki, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 2,3 min dolları ötüb. Bəs qiymət artımı paytaxt bazarlarında özünü necə göstərir?

Mövzu ilə bağlı “Operativ Media”ya açıqlama verən iqtisadçı Xalid Kərimli deyir ki, dünya bazarında qızılın qiymətinin artması özünü Azərbaycanda da göstərir. Ay ərzində qızılın qiyməti 10 %-dən çox artıb.

“Qızılın qiymətinin artmasının səbəblərindən biri də qeyri-müəyyən maliyyə mühitində banklar və investorlar üçün təhlükəsiz investisiya olduğu üçündür. Bu ilin ikinci yarısından başlayaraq intensiv surətdə faiz dərəcələri aşağı salına bilər. Bu zaman qızıl kimi əmtəələrin qiyməti yüksəlir. Çünki faiz dərəcələrinin aşağı slaınması divident verməyən qızıl kimi aktivlərə investorların marağını artırır. Faiz dərəcəsinin aşağı enməsi bontlardan gələn gəlirlərin aşağı enməsinə səbəb olur. Bontların gəlirləri azaldıqca isə qızıla maraq artmış olur", - iqtisadçı qeyd edib. 

Payxtadakı qızıl bazarlarında vəziyyət isə fərqlidir. Satıcılar deyir ki, qiymət artımı 10%-dən çoxdur.

“Topdan satışın qramı 95 manatdır. Vətəndaşlara satışını isə 110 manatdan veririk. Əvvəl isə qramı 85 manat idi. Hər qramı 10%-dən çox artıb. Az qala hər həftə aldığımız qiymət qalxır. Xaricdən gətirənlər deyir ki, qiymət hər həftə 5 dollar artacaq. İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən qızılların hamısı bahalaşıb. Türkiyə qızılının qramı 105-110 manat, İtaliya qızılı 120-130 manat, Ərəb qızılı 140 manatdan başlayır. 585 əyar olan Rus qızılının qiyməti 105-110 manat arasıdır. 750 əyar olanların isə qiyməti 120-130 manatdır. Rus qızılında da təxminən 7-8 dollar qiymətlərdə artım müşahidə edirik”, - ekspert əlavə edib. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycan, Qazaxıstan və Özbəkistanın arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan, Qazaxıstan və Özbəkistanın arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Debet kart istifadəçisi kredit ödəyicisinə necə çevrilir?

Debet kart istifadəçisi kredit ödəyicisinə necə çevrilir?

XƏBƏR LENTİ
  • 18:01

    “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsil olunur
  • 17:54

    Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb
  • 17:50

    Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb
  • 17:44

    Bu il Antalya istiqamətinə turpaketlər kəskin bahalaşıb
  • 17:38

    Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
  • 17:24

    İstanbulda polisə tabe olmayan 210 nəfər saxlanılıb
  • 17:16

    Azərbaycana ən çox qadın turistlər haradan gəlib?
  • 17:15

    Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb, Prezident çıxış edib - YENİLƏNİB 3
    Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb, Prezident çıxış edib - YENİLƏNİB 3
Menyu