03 Aprel 2024, 19:41
Azərbaycan Hərbi Dəniz Qüvvələri Türkiyə modelinə uyğunlaşdırılır
Azərbaycan Hərbi Dəniz Qüvvələri Türkiyə modelinə uyğunlaşdırılır şəkil
Azərbaycan Hərbi Dəniz Qüvvələri Türkiyə modelinə uyğunlaşdırılır

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.

Birinci dərəcəli kapitan T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha effektiv və səmərəli təşkil olunmasıdır.

Qeyd olunub ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.

Sonda "Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti" üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim olunub, fikir mübadiləsi aparılıb. 

Son xəbərlər
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib