Menyu

Polşa polisi Krakovda atəş açan şəxsin kimliyini müəyyən edib

Operativ Media
Polşa polisi Krakovda atəş açan şəxsin kimliyini müəyyən edib
1 dəq oxu

Polşanın Krakov şəhərinin mərkəzində atəş açan şəxs ölkə vətəndaşıdır və hadisə ilə bağlı hazırda məlum olan yeganə şübhəlidir.

Operativ Media xəbər verir ki, bu barədə Malopol polis idarəsi məlumat yayıb.

Bildirilib ki, Krakovun Baş Bazar meydanında baş verən hadisənin törədicisi Polşa vətəndaşıdır. Polis əməkdaşının öldüyü və daha bir şübhəlinin axtarışda olduğu barədə yayılan məlumatlar təkzib edilib.

Qurumun açıqlamasına görə, hadisəni törətməkdə şübhəli bilinən yeganə şəxs saxlanılıb.

RMF24 tele-radio şirkətinin məlumatına əsasən, saxlanılan şəxsin 25 yaşı var.

Əlaqəli Xəbərlər